Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Əkbər Yusifoğlu 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik edir.
Əziz və dəyərli xalqım sizi 28 may Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxt, firavan həyat arzulayıram.105 il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi.
Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır.
Bu gün möhtərəm prezidentimizin uğurlu, uzaq görən siyasəti nəticəsində Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biridir.
Ulu Öndər Heydər Əliyevin təməli qoyduğu Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin əsasları qoyuldu, Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Azərbaycan beynəlxalq təcriddən, informasiya blokadasından çıxa bildi. Bir sözlə, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.
Bu gün siyasi platformada öz sözünü deyən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində eləcədə Azərbaycan xalqının müdrikliyi, birliyi bizi qalibiyyətə apardı. Respublikamız dünyaya səs salan qalib ölkədir. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir.
Bayramınız mübarək əziz həmvətənlərim!
Hörmətlə:
Əkbər Yusifoğlu
Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili