SON DƏQİQƏ

Arif Alimin “Tülək” kitabının təqdimatı keçirillib- FOTOLAR

Tarix:4-06-2023, 08:28

Kitab ruhun dərmanıdır.

3 iyun 2023-ci il tarixində Kitabevim.az-da "Tülək" romanının  imza günü keçirildı. Romanın müəllifi Arif  Alim kitabın təqdimatında onun yanında olan hər kəsə sonsuz təşəkkürünü bildirdi. İmza günüdə müəllifin iş yoldaşları, tələbələri, yaxın dostları, bir sıra media nümayəndələri, oxucular, müəllimlər çıxış edərək kitab müəllifi Arif Amili ürəkdən təbrik etdilər. "Tülək" romanı həyat məngənəsində ümidsizcəsinə çapalayan, problemlər içində  ilişib qalan, yalnız bu günün ümidi ilə yaşayan insanların taleyini bir yeniyetmənin xatirələrinə əsaslanaraq əks etdirir. Əsərdə I Qarabağ müharibəsi zamanı arxa cəbhədə yaşayan insanların həyatı, müharibələrin ağrı-acılarının buraxdığı izlər, döyüşçülərin aqibətindən bəhs edilir. Bir sözlə bu kitabda ədəbiyyat danışır                                                 
“Tülək” romanı müəllifin ilk romanıdır və sayça14-cü kitabıdır. 95 səhifədən ibarət olan kitabın İllistrasiya müəllifi Arif Alimdir. 
Xatıladaq ki, Azərbaycan dili və ədəbiyyat müəllimi, dünya ədəbiyyatı mütəxəssisi,
filologiya üzrə fəlsəfə doktoru Arif Alim (Əsədov Arif Alim oğlu) “ABŞ-Azərbaycan əbədi əlaqələri, yeni nəşr” adlı monoqrafiyanın, bir necə metodiki vəsaitin müəllifidir.
Sonda xatirə şəkllləri çəkildi, romanın müəllifi öz imzasını çəkərək tədbir iştirakçılarına kitab təqdim etdi.
Bizdə “XeberTıme.az” analitik informasiya adından və istedadlı, gənc jurnalst Vüqar Şahinoğlunun adından yazıçı Arif Amili səmimi qəlbdən təbrik edirik, ona bol-bol yaradıcılıq uğurları arzulayırıq.
 
Yeganə Telmanqızı                                   

“XeberTıme.az”

                                              
   
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ