Əziz xalqım sizi 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
26 ildir ki, xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. Azərbaycanın “olum, ya ölüm” seçimi qarşısında qaldığı, azadlığımızın və müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi 1993-cü ilin dəhşətli iyun günlərində xalqın təkidli xahişi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu. Unudulmaz dahi rəhbərimiz xalqı öz inamını itirməməyə, məsləkindən dönməməyə, Azərbaycanın müstəqilliyi, milli azadlığı, müstəqil dövlət kimi əbədi yaşaması yolundan çəkinməməyə, ölkəmizi düçar olduğu böhrandan çıxarmağa çağırdı.
Ulu Öndərimizin xalqa tarixi müraciəti milli şüurun oyanışında, xalqın bir bayraq altında, bir amal uğrunda birləşdi.
Xalqımız və dövlətimiz, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyəti Ümummilli Liderimizin ölkənin siyasi, iqtisadi, mədəni həyatında olduğu kimi ordu quruculuğu sahəsində də möhtəşəm xidmətlərini heç vaxt unutmur.
Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərmizin layıqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətlənmiş və qarşısına qoyulmuş hər bir vəzifəni layiqincə yerinə yetirməyə qadirdir. Ordumuz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə:
İlhamə Həsənova
Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü