“Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən Ümummilli Liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu. İnanıram ki, xalqına, dövlətinə, Prezidentinə, öz Ali Baş Komandanına arxalanan Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək, tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaqdır. Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksəlməsində çox mühüm rol oynadı.
Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!
Hörmətlə:
Tanınmış hüquqşünas Əkbər Yusifoğlu