SON DƏQİQƏ

İlhamə Həsənova Azərbaycan xalqına təbrik etdi

Tarix:28-06-2023, 11:34

Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri, Vəkillər Kollegiyasının idarə heyyətinin üzvü  İlhamə Həsənova Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik etdi. 
“Əziz xalqım sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Əziz bacı və qardaşlarım inanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.
Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.”

 

Qurban bayramınız mübarək olsun!
 
Hörmətlə:
İlhamə Həsənova  
Vəkillər Kollegiyasının idarə heyyətinin üzvü. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ