Zəlzələ Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.
XeberTıme.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.
Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.
XeberTıme.az