06.07.2023-cü il tarixində Eldar Mikayılov 66 yaşında ürək tutmasından qəflətən vəfat edib.
Eldar Mikayılovun vəfatı ilə əlaqədar tanınmış hüquqşünas, “Qanun və İcra” proqramının aparıcısı Əkbər Yusifoğlu və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Gülnar İbrahimqızı adından mərhumun oğlu Azərbaycan Vəkillər Kollegiyasının üzvü Arslan Mikayılova, doğmalarına və yaxınlarına dərin hüzünlə baş sağlığı verərək uca Allahdan rəhmət, ailəsinə səbr diləyirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, Vəkillər Kollegiyasının üzvü Eldar Mikayılovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, Vəkillər Kollegiyasının üzvü Eldar Mikayılov uzun illər 2021-ci ildə təqaüdə göndərilmiş, 2022-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdi. O, "De Fendo" Vəkil Bürosunun üzvü idi.
Allah rəhmət eləsin!
XeberTıme.az