SON DƏQİQƏ

Dənizdə 3 nəfər batdı

Tarix:24-07-2023, 07:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.  
XeberTıme.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.
 
“Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, - məlumatda qeyd olunub.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ