SON DƏQİQƏ

Jurnalistin məşhur verilişdə ad günü qeyd olundu- FOTOLAR

Tarix:24-07-2023, 11:59

Teleaparıcı Nuranə Gülərin təqdimatında Kanal S tv-də yayımlanan “Çıxış Yolu” verlişində Xəbəral.az xəbər portalının baş redaktoru Mirismayıl Xələflinin doğum günü qeyd olunub.                                                                 
Proqramın aparıcısı Nuranə Gülər Mirismayıl Xələflinin jurnalist olaraq sözünün kəsərinin Azərbaycan  mediasında seçilməsindən, hər zaman baş redaktoru olduğu  Xəbəral.az xəbər portalının fəaliyyətə başladığı gündən bu günə qədər  dürüst, qərəzsiz xəbərləri ilə öndə olduğundan söhbət açaraq bu yolda ona bol-bol uğurlar diləyib.      

       

Verlişin qonaq ekspertləri təhsil eksperti Anar Kazımov, Vetenperverlertv.az informasiya portalının direktoru, hüquqşünas Səyyad Əsgərov, nəğməkar şairə, jurnalist İlhamə Elşadqızı, Xebertime.az analitik informasiya portalının redaktoru Vüqar Şahinoğlu, “Vətən Naminə” İctimai Birliyinin sədr müavini Rafiq Xəlil, aktyor-rejissor Elçin İmanov, gənc aktyor Ənvər Məmmədov, "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyinin sədri, hüquqşünas  Fariz Əkbərov, “Yeni Proqnoz.az” sayıtının rəhbəri Xanım Bağırlı,  Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, hüquqşünas, Mehriban Abdullayeva, pedaqoq Aynur Əliyeva, şair İbrahim Qədirov Mirismayıl Xələfliyə uzun, sağlam ömür, xoş illər, yorulmaz iş fəaliyyətində   uğurlar, çoxlu oxucu kütləsi, sevinc dolu günlər arzuladılar.  

                                            
Dəyərli ziyalı qonaqlarla birgə musiqi sədaları altında tort kəsildi. 


                           
Xatırladaq ki, Mirismayıl Xələflinin baş redaktoru olduğu Xəbəral.az xəbər portalının bu gün 9 yaşı tamam olur.   
Bizdə Xebertime.az analitik informasiya portalının bütün əməkdaşları adından əziz həmkarımız Mirismayıl Xələflinin 39 yaşı, Xəbəral.az xəbər portalının 9 yaşı münasibəti ilə ürəkdən təbrik edirik, sağlam, uzun həyat, hər zaman qələbə xəbərlərinin paylaşmağı   arzulayırıq.  


 
Yeni yaşınız mübarək olsun! 

Yeganə Telmanqızı
 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ