SON DƏQİQƏ

Xaçmazda əlilliyi olan qadınların rastlaşdığı problemlərlə bağlı tədbir keçirildi

Tarix:3-08-2023, 13:06

 XeberTıme.az Bugun.tv-yə  istinadən  xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Xaçmaz rayonunda seminar təşkil olunub.

Layihənin təşkilatçısı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyidir. Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən seminarın məqsədi əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etməkdir.
Tədbirdə Xaçmaz rayonunda fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslər, onların yaxınları, qohumları da daxil olmaqla 35 nəfər iştirak edib. 



Seminar Xaçmaz şəhərinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində baş tutub. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova seminarı açıq elan edib. Sonra layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verib. O, cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verib.
Əlilliyi olan qadın və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülüb. Onların daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirilib. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və körüləcək işlər və onların önəmi, həlli yolları haqqında müzakirələr aparılıb.



Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlərdən söz açılıb, onların hüquqlarının təmini və icmalar tərəfindən bu sahədə dəstəyin verilməsinin önəminə diqqət çəkilib.
Qeyd edək ki, icrasına ötən ilin sentyabr ayında başlanılan layihə 2025-ci ilin avqust ayınadək, yəni 3 il müddətində həyata keçiriləcək.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ