SON DƏQİQƏ

Sona İsmayılova prezident təqaüdünə layiq görüldü- FOTOLAR

Tarix:8-08-2023, 14:39

Bir neçə gün öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin təqdimatı əsasında yazıçı-publisist, jurnalist Sona İsmayılova Prezident təqaüdünə layiq görülüb.
S.İsmayılovaya Prezident təqaüdü AYB-də təqdim edilib. Yazıçı bu mükafata  görə Prezident İlham Əliyevə və AYB-nin sədri, xalq yazıçısı Anara və sədr müavini Rəşad Məcidə, AYB-nin baş katibi Çingiz Abdullayevə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Prezident təqaüdü 1 il müddətinə  verilir.

Əlavə məlumat üçün bildirək ki, yazıçı 4 povest, 2 hekayə, 2 tarixi roman və 1 uşaq şerləri kitablarının müəllifidir. Ömrünün yarısını ədəbi fəaliyyətə həsr edib.

P.S. XəbərTime.az olaraq Sona xanımı ürəkdən təbrik edir, yaradıcılıq fəaliyyətində çoxlu uğurlar arzu edirik.


Vüqar Şahinoğlu                     
XeberTıme.az 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ