Kirayədə 3 övladı ilə yaşayan Vətən müharibəsi qazisinə dövlət tərəfindən ev verildi.
2 gün əvvəl Space tv-də yayımlanan “Qarabağ Azərbaycandır” proqramı yenidən qazilər və şəhid anaları ilə Qəbələ, Oğuz, Zaqatala bölgələrinə görüşə getmişdi. Səfərdə Vətən müharibəsi qazisi Azər Vəliyevdə iştirak edirdi.
Space tv-də yayımlanan “Qarabağ Azərbaycandır” telelahiyyəsinin təsisçisi və aparıcısı Nuranə Gülər öz facebook səhifəsində paylaşıb: “2 gün əvvəl Qəbələ, Oğuz,Zaqatala çəkilişlərində bizimlə birlikdə olan qazimiz Azər Vəliyev 3 övladı ilə kirayədə yaşadığını deyəndə ürəyim ağrımışdı. Dedim səbrli ol, cənab prezident birinizi də yaddan çıxarmayacaq, bütün qaziləri evlə təmin edəcək, dedi, səbirsizliklə gözləyirəm! İndi aldığım xəbər - Qazimizə 3 otaqlı ev verilib!!!
Sağ salamat yaşayasan o evdə, əziz qardaşım. Dövlətimiz və prezidentimiz var olsun!”
Xatırladaq ki, qəhrəman oğlumuz Azər Vəliyev Vətən müharibəsində şücaətliklə vuruşub 2020-ci ilin noyabır ayında Suqovuşan uğrunda gedən ağır döyüşlərin birində yaralanıb.
Yeganə Telmanqızı
“XeberTıme.az"