SON DƏQİQƏ

“HƏKƏRİ” qəzetinin növbəti sayı işıq üzü gördü-FOTOLAR

Tarix:11-08-2023, 13:46

“HƏKƏRİ” qəzetinin növbəti sayında 
XeberTıme.az xəbər verir ki, “Həkəri” qəzetinin  növbəti buraxılışında ön səhifədə 2023-ci il “Heydər Əliyev ili”dir çərçivəsindəki işlərdən, Müşviq Həsənlinin   “İmişli rayonu günü-gündən gözəlləşir”, şəhidin kecdiyi şərəfli döyaş yolundan bəhs edən “Şəhid Əliyev Qara Kamal oğlu” Rəşad Sarallının “Qərbi Azərbaycan icması”,  “Həkəri” qəzetinin baş redaktoru, yazıçı-publisist Rauf İlyasoğlunun qələm dostu Məmməd Mərzilinin yenicə çapdan çıxmış “845”  adlı kitabı haqqında yazdığı ”845”, İstanbul Unversitetində tibb ədliyyə psixologiyası üzrə yenicə müdafiə edən Lalə Allahverdiyevaya “Uğurların bol olsun” təbriki, və “El ağsaqqalı” yazıları dərc olunmuşdur. Qazetin növbəti səhifələrində Vüqar Həşimovun Azərbaycanın xalq qəhrəmanları Qacaq Nəbinin nəvəsi Əliş Məmmədova  həsr etdiyi “Nəbi, Həcər yadigarı”, Tarix elmlər doktoru, professor əməkdar elm xadimi “İsaq Mustafa oğlu Məmmədov”, Nüşabə Məmmədovanın “Şəhid kapitan Rövşən Pənəhov”, Rəhilə Nuralın Güləbətin müəlliməyə həsr etdiyi “Vətən torpağa laləzara dönəcək” yazısı, Zəkiyyə Musaqızının “Quransevərlər cəmiyyətinin yaranmasından 20 il keçir” və  Vətən müharibəsinin gizir şəhidi Mehman Yusifovun doğum gününə aid yazdığı matreiallar, Arzu Allahverdiyavanın təşəkkürü, “Aslanın erkəyi, dişisi olmaz”deyiblər atalarımız yazısı, yazıçı-puplisist Rauf İlyasoğlunun “Şuşada ikinci ömür”, “Uğurlu müəllimlər Türkiyədən Sevgi Atalay və Azərbaycandan Süleymanova Ümmü beynəlxalq layihələrə imza atıblar”, illərin pedaqoqu Ümmi Süleymanova haqqında yazdığı “Sizdə tanıyın” və Naftalan şəhər Əlillərin Reablitasiya Mərkəzində görülən işlərdən, əlillərə göstərilən qayğılardan bəhs edən “Əlillərə dövlət qayğısı günü-gündən artırılır” yazıları dərc olunub.                                    
AJB-nin üzvü Yeganə Telmanqızı Emil İlhamoğlu imzası olan “PHIBROWS” studionun yeni filialının Sumqayıtda açılışı münasibəti ilə “ Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir” yazısı, AQRCİB-nin sədri Bahar Qasımovanın təbriki, AMEA Naxçıvan bölməsinin əməkdaşı, fialogiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Ana dilimizin tədrisinə dair örnək kitab” Rauf İlyasoğlunun “Yeni dərs vəsaiti işıq üzü görmüşdür”, “Həkəri” qəzetinin kiçik yaşlı oxucularına aid “Kiçik yaşlı oxucularım”, Fazil Paşayev haqq dünyasına qovuşdu” şair-jurnalist Məmməd Mərzilinin Ağdam rayonu X.Məmmədov adına Mərzəli kənd orta məktəbin məzunlarından bəhs edən “1973-ci ilin məzunları”, “Həkəri” qəzetinin şöbə müdiri, şair-publisist, pedaqoq  İmran Gülübulaqlı “Müəllim” və “Veteran, yoxsa qazi?” məqalələri maraqlı yazılardandır.    Qəzetdə hər nömrə olduğu kimi bu buraxılışdada bir-birindən maraqlı şeirlər yer tutur. Arzu İlyasqızının “İdrakdan süzülən sevgilər” Kəlamlar, Şair-publisist, AYB-nin üzvü Rauf İlyasoğlunun, Şair-publisist  Kazım Səfəroğlunun, şair İldırım Əlişoğlunun, Məhəbbət Kəlbəcərlinin, Musa Həşimovun, imran Güllübulaqlının, Sakit Şəkərlinin, Viləddin Quliyevin, Əjdər Əlizadənin, Ziba Sevindiyin Aygün Hüseynin, Mələk İsmayılın, Şəmsi Qocanın, Zəlimxan Yaqubun, AJBvə AYB-nin üzvü Ədalət Əroğlunun, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun İbrahim Yusifoğlunun, Ülkər Dəryanın, Rafiq Zəbaninin, Səlbi Baxışın, Kirman Rüstəmlinin, Mais Təmkinin, Sabir Məmmədovun, Rəşad Sarallının, Zəkiyyə Musaqızının şeirlərini oxuya bilərsiz.  Qəzetin son səhifəsində Elitar idmançımız Zaur Cəfərovun 6-cı çempionatında möhtəşəm qələbəsi, təbriklər, Rauf İlyasoğlunun “İmza” nəşrlər evinin dizayneri Veys Eldar oğlunun toy günüdə təbriki, məktəb direktoru Yəhya Abbasovun idmançılara yazdığı uğur arzusu və başsağlıqları dərc olunmuşdur.  
Xatirladaq ki, Doğma Vətən! şüarı “Həkəri” qəzeti 20 ildir işıq üzü görür və respublikada ən cox oxunuan qəzetlər sırasındadır və 8 səhifədən ibraətdir. Qazetin baş redoktoru Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Rauf İlyasoğludur.
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik. 

Yeganə Telmanqızı 
 
 “XeberTıme.az”   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ