Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanda daxili sülh və sabitliyin qorunması üçün polis orqanlarının davamlı inkişafına və möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı göstərib. Keçən dövr ərzində yüksəkixtisaslı polis əməkdaşlarının yetişdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ümumilli liderin siyasi varisi, möhtərəm cənab prezident İlham Əliyev Azərbaycanın prezidenti seçildikdən sonra polis orqanlarına göstərilən diqqət və qayğı daha da artırılmış, polis əməkdaşlarının xidmət səviyyəsi yüksəldilmişdir.
Günümüzdə Daxili İşlər Nazirliyi, o, cümlədən bu quruma tabe olan digər orqanlar gücləndirilmiş iş rejimində çalışırlar. Günün bütün saatlarında vətəndaşların müraciətlərinə operativ reaksiya verilməklə mövcud problemlərin aradan qaldırılması qanunlar çərçivəsində həyata keçirilir.
Daxili işlər naziri hörmətli Vilayət Eyvazovun da bu prosesə töhfəsini qeyd etməliyik. O, vəzifəyə təyin olunduğu gündən etibarən cənab prezidentin tapşırıq və tövsiyələrini yüksək səviyyədə icra etmişdir. Onun məhsuldar fəaliyyəti nəticəsində Daxili İşlər Nazirliyinin strukturlarında yeniliklər baş vermiş, əsaslı islahatlar aparılmışdır. Məhz görülən işlərin nəticəsində böyük uğurlara imza atılmışdır.
Biz tam əminliklə və qürur hissi ilə deyə bilərik ki, Azərbaycan polisi Avropa və Amerika polisləri üçün nümunədir. Hal-hazırda polisin Azərbaycan ictimaiyyətində yüksək nüfuzu var. Mən əminəm ki, gələcəkdə də vətəndaşlar ilə polis əməkdaşları arasında münasibətlər yüksək səviyyədə olacaq və həmrəyliyimiz əbədi qorunacaq!
İsmayıl Zalov,
Beynəlxalq hüquq eksperti, Zalov İmza Tv Aleansın rəhbəri