Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.
Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.
Bu yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.
Bilik Gününüz mübarək!
Hörmətlə: İlhamə Həsənova
ARVK-nın Rəyasət Heyyətinin üzvü
20 saylı Vəkil Bürosunun rəhbəri