Məktəb sabah üçün xoşbəxtlikdir.
Yeni dərs ilində bütün şagirdlərə, tələbələrə və müəllimlərə uğurlar arzulayıram. Bu gün valideynlərin qürur duyduğu günlərdən biridir. Hər bir ananın, atanın sevinci övladının şagird adını qazanması və gözəl təhsil almasıdır. Bu münasibətlə bütün valideynləri bilik günü münasibəti ilə təbrik edirəm! Arzu edirəm ki, Azərbaycanın hüquqmüdafiəçiləri çox olsun və Azərbaycan Respublikasının qanun keşiyində daima xidmət etsinlər. Ümid edirəm yeni tədris ili vətənimizin gələcəyi olan uşaqlarımız üçün faydalı olacaqdır.
Yeni tədris iliniz xeyirli, uğurlu və sevincli olsun.
Hörmətlə: Əkbər Yusifoğlu
ARVK-nın üzvü
“Qanun və İcra” proqramının aparıcısı