"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
23.09.2023-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında “Vətəndaşlara mediyasiya xidmətləri” mövzusu, Azərbaycan Respublikasının Ailə 9-12-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 244 və 245-ci maddələri mövzusu ilə bağlı fikir mübadiləsi eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Məhəbbət Dəmirçiyeva- BDU-nin hüquq fakültəsinin Mülkü hüquq kafedrasının müdiri, professor.
2. Piruzə Əliyeva- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Türkər Əliyeva- Mediator
4. Adilə Hüseyinli- Hüquqşünas
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az, UluSəs.az, Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az