Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı 24 saatdan az davam edən antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Cənab Prezidentin dünənki çıxışında qeyd olundu ki, Azərbaycan vətəndaşlarının bütün hüquqlarının təmin olunması istiqamətindəki fəaliyyət beynəlxalq hüquq norma və qanunlarına, ədalət prinsipinə söykənilərək həyata keçiriləcək.
Digər məsələlər də zaman-zaman öz həllini tapacaq. Xalqımızın birliyi, Ordumuzun gücü, Prezidentimizin qətiyyəti, iradəsi ərazi bütövlüyümüzü təmin etdi. Bu, asan proses deyildi. 2020-ci ildən sonra Fransa, İran, son günlər Amerikanın bəzi dairələri sülh prosesinin əngəllənməsinə çalışırdılar. Rusiyadan müəyyən dairələr Qarabağa emissarlar göndərmişdilər ki, məslələri başqa yönə çəksinlər. Bütün bu cəhdlər boşa çıxarıldı. Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusu məsələləri həll etdi.
Allah Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin!
Hörmətlə:
Əkbər Yusifoğlu
Tanınmış hüquqşünas