SON DƏQİQƏ

Lokal xarakterli antiterror uğurla başa çatdırılıb

Tarix:22-09-2023, 17:23

 Azərbaycan Silahlı Qüvvələri  sentyabrın 19-da başlatdığı lokal xarakterli antiterror tədbirləri 24 saat sonra uğurla başa çatdırılıb. Ordunun şücaəti sayəsində separatçılar ağ bayraq qaldıraraq, təslim olub. Separatçılar Azərbaycanın təklifləri ilə razılaşmağa məcbur qalıb. Senyatbr 19-da başlayıb, sentyabrın 20-də uğurla yekunlaşan lokal xarakterli antiterror tədbirlərinin nəticəsində ərazilərimizin tam suverenliyini təmin etdik. Azərbaycanın rəşadətli ordusu, qəhrəman əsgər və zabitlərimiz bu qələbəni bizə yaşatdılar.   Azərbaycan Respublikasının Prezidentinin siyasi iradəsi mövcuddur. Cənab Prezidentin sözü ilə imzası eynidir. Düşünürəm ki, bu işlər yüksək səviyyədə həyata keçiriləcək. Dünya başa düşməlidir ki, indiyə qədər ermənilərin yeritdiyi siyasətləri səhvdir, onlar təxribatlardan, terrordan əl çəkməlidirlər.
Vətənpərvər bir ailə olaraq Cənab Ali Baş Komandanın irəli sürdüyü siyasəti dəstəkləyirik. Qafqazda Azərbaycan artıq qələbə çalmış bir respublika olaraq tanınır. Qisas qiyamətə qalmadı. Şəhidlərimizin ruhu şaddır. Xocalıda tökülən qanlar yerdə qalmadı.                                                           

Allah şəhidlərimizə rəhmət eləsin!  

Hörmətlə: İlhamə Həsənova                                
ARVK-nın Rəyasət  Heyyətinin üzvü                                       
20 saylı Vəkil Bürosunun rəhbəri


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ