SON DƏQİQƏ

Millət vəkili Qənirə Paşayevanın dəfni İkinci Fəxri Xiyabanda baş tutacaq

Tarix:29-09-2023, 00:26

XeberTıme.az xəbər verir ki, o, xəstəxanada dünyasını dəyişib. Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub.  Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb.  Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb. Mərhumun qardaşı Hüseyn Paşayevin sözlərinə görə, dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.   
Allah rəhmət eləsin!

XeberTıme.az    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ