Azərbaycan Qol Güləşi Federasiyası 18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü münasibətilə başda Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını təbrik edir!
“Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. Ölkəmizə davamlı inkişaf, yeni-yeni nailiyyətlər, sülh və firavanlıq arzulayıram. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”
Hörmətlə:
Cəsarət Əhmədov,
Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti.