SON DƏQİQƏ

Bakıda HƏMAS terrorunun qurbanları anıldı - Video

Tarix:4-11-2023, 01:31

Noyabrın 1-də Bakıda İsrail-Azərbaycan Şahdağ təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən İsraildə terror nəticəsində həlak olanlara xatirə mərasimi keçirilib.
XeberTıme.az  xəbər verir ki, mərasimdə çıxış edən İsrail-Azərbaycan Şahdağ təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri, “Zalov İmza TV Alyans”ın direktoru, beynəlxalq hüquq eksperti İsmayıl Zalov İsrailin hər zaman terrora yox deyən dövlətlərdən olduğunu bildirib.
“İsrail hüquqi və demokratik dövlətdir. Ancaq çox təəssüf ki, başına çox böyük faciə gəldi. Terrorçu Fələstin İsrailə hücum etdi. Neçə-neçə körpənin işgəncələrlə ölümünə səbəb oldu. Hitler dövründə “mən yəhudiyəm” sözünə görə 6 milyon insanı məhv etmişdilər. Ancaq İsrail xalqına qarşı bu terror daha dəhşətlidir. Əminəm ki, İsrail xalqı, dövləti bu müharibədə qalib gələcək”, - o əlavə edib.
Tədbirdə müharibədə həlak olanların fotoları nümayiş olunub.



 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ