SON DƏQİQƏ

Vitse spikerin seçiciləri ilə növbəti görüşü- FOTO

Tarix:9-11-2023, 00:49

Hər ay olduğu kimi 1 noyabr 2023- ci il tarixində Azərbaycan Respublikası Milli Məclisin sədr müavini Adil Əliyev Atatürk mərkəzi 33 a ünvanında yerləşən qərargahında seçiciləri ilə görüş keçirildi.Bu dəfəki görüşə yenə də rayon sakinləri, seçiciləri , şəhid ailələri , qazi və veteranlarımız gəlmişdilər.
Onu da qeyd edim ki  millət vəkilimiz Adil Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Nərimanov rayonunda fəaliyyət göstərən FEMİDA Vəkillər bürosunun təcrübəli vəkilləri qərargahda  rayon sakinlərinə  gün ərzində hüquqi yardım göstərdilər.
Nərimanov rayonundan seçilmiş millət vəkilimiz Adil Əliyev vəkillərlə və seçicilərlə mehriban  görüşdükdən sonra sakinləri qəbul edərək onları diqqətlə dinlədi. Sakinlərin bilmədikləri məsələlərə aydınlıq gətirildi.
Femida Vəkil bürosunun direktoru Pənah  Məmmədov  və vəkillərdən Aysel Rəsulova , Vəfa Qədirzadə, Anar Ramazanov, Vamiq Şükürov, Xəyyam Yaqubov, Ülvi Nəsibli, Ədalət Dəmirov və Seymur Kərimov vətəndaşları maraqlandıran suallara cavab verərək hüquqi yardım göstərdilər.Bir çox sakinlərə ərizə yazaraq aidiyyəti orqanlara müraciət formasını başa saldılar.
Milli Məclisin sədr müavini  Adil Əliyev səhər saat 10- 00 dan 18-00 a qədər  sakinləri, şəhid ailələrini, qazi və müharibə veteranlarını qəbul edərək onları diqqətlə dinlədikdən sonra lazımi göstərişlərini verdi və bir çox məsələlər yerindəcə  dərhal həll olundu. Qəbuldan çıxan insanların üzündə bir sevinc hissi duyulurdu.
Biz də  bir seçici  olaraq xalqına, dövlətinə, seçicilərinə sadiq olan deputatımız Adil Əliyevə uzun ömür cansağlığı  arzulayırıq. 

Rauf İlyasoğlu.  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ