"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
11.11.2023-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında “Vəsiyyətnamənin forması və onun ləğvi” mövzu ilə bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. İlkin Xəlilov - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Esmira Rzayeva- Hüquqşünas
3. Vüqar Şahinoğlu- Hüquq müdafiəçisi
4. Pərvanə Mehmanqızı- Hüquq müdafiəçisi
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az, UluSəs.az, Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az