SON DƏQİQƏ

Ad gününüz mübarək

Tarix:10-11-2023, 22:27

Məlahət İlyas qızı Əmirova Qafan rayonunun Pürülü kəndində müəllim ailəsində anadan olub.Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirərək Bakı Dövlət Pedoqoji İnstitutunda  Ali təhsilini müvəffəqiyyətlə başa  vurduqdan sonra Abşeron rayonunun Saray qəsəbəsindəki 1 saylı tam orta məktəbdə 50 ilə yaxın ibtidai sinif müəlliməsi işləmiş və şagirdlərin vətənpərvər ruhda böyüməsində əvəzsiz xidmətləri olmuşdur.Hazırda  təqaüddə olsa da, yenə də xeyirxah əməl sahibi olan   Məlahət müəllimə  yenə də yeniyetmə və gənclərin sevimli müəlliməsidir. Müəllim düz yol göstərən, öyrədəndir.Vəzifəsindən asılı olmayaraq hər kəs müəllimlərinə borcludur. Noyabr ayının 10- da, Zəfər bayramını qeyd etdiyimiz gözəl bir gündə Məlahət Əmirovanın doğum günü qeyd edildi.
Məlahət xanımın nəvəsi Gövhər Toğrul qızının isə noyabrın ayının 9 da Bayraq günündə 7 yaşı tamam oldu. Bu gözəl gündə bayram bayramlara qarışıb. Qələbə sevincini yaşadığımız  qürurlu günlərdə Əmirovlar ailəsində ikiqat sevincdir.
Nənənin və nəvənin ad günlərini doğmaları təbrik edir,  onlara uzun ömür, cansağlığı arzulayırlar.
Bu təbrikə Rauf və Mətanət xanım da qoşulur və Məlahət müəlliməyə  ata baba yurdumuza Zəngəzura qayıdaraq el obamızla birlikdə mehriban və sağlam yaşamağı arzulayırıq.
Bu təbrikə " Həkəri" qəzetinin kollektivi də qoşulur. 


Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ