SON DƏQİQƏ

Xətai-535- FOTO

Tarix:29-11-2023, 11:20

Birinci qrup Qarabağ müharibəsi əlili, Bakı İslam Universitetinin məzunu, ilahiyyatçı, tədqiqatçı, yazıçı Hacı Həsən Hüseyninin Bakıdakı "İmza" Nəşrlər evində 535 səhifədən ibarət "Şah İsmayıl Xətai - 535" adlı nəfis tərtibatlı növbəti kitabı işıq üzü görmüşdür.
Kitabda görkəmli Azərbaycan şairi, dövlət xadimi Şah İsmayıl Xətainin soy- kökü, həyatı, ictimai - siyasi və ədəbi mühiti, ədəbi irsi və yaradıcılığında Əhli - beytə (ə.m) münasibəti işıqlandırılmışdır.
Bir institutun görmədiyi işi təkbaşına yerinə yetirən araşdırmaçı yazıçının mənbələrə istinad edərək yazdığı monoqrafiya olduqca əhəmiyyətlidir.
Kitabın nəşrə hazırlayanı və ön söz müəllifi tədqiqatçı araşdırmaçı yazıçı, şair Sona Xəyal, redaktorlar filoloq Mirzə Vərağa Almasov , tədqiqatçı- jurnalist Araz Yaquboğlu, rəyçilər; tarix elmləri doktoru Tahirə Həsənzadə, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, ilahiyyatçı Ağa Həbib Ağazadə, din xadimi, tədqiqatçı, yazıçı Axund Hacı Soltan Əlizadə, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırovdur.
Məhsuldar qələm sahibi olan Hacı Həsən Hüseyniyə qədər Xətai yaradıcılığı yalnız dünyəvi mövzular baxımından tədqiq olunmuş, şairin dini baxışları diqqətdən kənarda qalmışdı.
Bu kitabda Xətai yaradıcılığında Peyğəmbərimiz (ə.m) və onun Əhli - beyti (ə.m ) ilə bağlı əsərlər araşdırılmış və xətaisevərlərə dəyərli, sanballı mənbə kimi təqdim olunmuşdur.
Həsən Xalıqverdi oğlu Hüseyni1970 - ci ilin aprel ayının 25-də Zəngilan rayonunun Sobu kəndində dinə-imana bağlı bir ailədə dünyaya göz açmışdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə vuruşaraq ağır güllə yarası almış və uzun müddət yataq xəstəsi olmuşdur.Rəbbimə sonsuz inamı və uca Tanrının köməyi sayəsində həyata qayıtmış, Ali dini təhsil almış və bir - birindən maraqlı kitablar yazaraq geniş oxucu rəğbəti qazanmışdır Kəramətli seyyid övladı olan Hacı Həsən Hüseyni xeyriyyəçi olaraq hörmət qazanmış, neçə-neçə kimsəsizlərə arxa olmuş və bu gün də xeyirxah əməllərindən geri qalmır.
Xətai aşiqi olan Hacı Həsən Hüseyni klassiklərimizin yüzlərlə qəzəl və qoşmalarını əzbərdən söyləyərək tədbirlərin aparıcısı, el obamızın məsləhət və güman yeri olaraq böyük nüfuz sahibidir.
"Həkəri' qəzetinin redaksiya heyətinin fəxri üzvüdür. Dövri mətbuatda , eləcə də xarici ölkə mətbuatında , elmi simpoziumlarda etdiyi çıxışlar maraqla qarşılanır.
Hacı Həsən Hüseyni "Parlaq ulduz", " Xuda Hüseynin aşiqi". "Ya Əli",
"Gizli qalmış xəzinə"," Həzrət Əli (ə) müxtəlif baxışlarda". "haqq dərgahına" (məqalələr toplusu 1-2 cild) , " Bismillah ayəsinin incə görüntüləri və " Bə" hərfinin altında olan nöqtənin sirri"," Ariflərin haqqa qovuşma məqamı (Şəriət, Təriqət, Mərifət , Həqiqət)"." Həzrəti Rüqəyya (s.ə) və "Ya Zəhra  nəzərin ayırma bizdən" , "İmam Rza (ə) müxtəlif baxışlarda",
 "Müqəddəs Zilhiccə bayramları"." Nəsimidən Nəsimlər-1", "Novruz bayramı və Əhli beyt (ə) aşiqi  Dədə Ələsgər " adlı elmi tədqiqat əsərlərinin müəllifidir.
Xətai haqqında ilk tədqiqat əsəri olan bu kitab  inanırıq ki, sevilə- sevilə oxunacaq və müəllifə  daha böyük şöhrət qazandıracaqdır.

Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ