SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı

Tarix:1-12-2023, 16:21

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
02.12.2023-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası  İnzibati Xətalar  Məcəlləsinin 227-ci və  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  178-ci maddəsi üzrə  dispozisiya ətrafında söhbət aparılacaq, fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq.  Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:                                                                                                                       
 
1. Abusəməd Səmədov - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            

 
 
2. Məhəmməd Bagırov - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            
 


3. Dəniz Quliyeva- Hüquqşünas 
 

4. Bulud Yusifov- Mediator, Hüquqşünas  

Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az,  UluSəs.az,  Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
XeberTıme.az  

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ