SON DƏQİQƏ

Yeni Azərbaycan Partiyası namizədini AÇIQLADI

Tarix:12-12-2023, 23:54

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq. 
XeberTıme.az xəbər verir ki, bu barədə YAP sədrinin müavini, partiyanın Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib. 

Onun sözlərinə görə, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.
 
Partiya funksioneri yaxın günlərdə YAP İdarə Heyətinin iclasının olacağını vurğulayıb.
 
Tahir Budaqov qeyd edib ki, prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. O qeyd edib ki, sonuncu qurultayda İdarə heyətinə belə bir səlahiyyət verilib. 

XeberTıme.az 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ