1983-cü il noyabrın 15-də Kipr Türk Federal Dövlətinin Qanunvericilik Məclisi Şimali Kipr Türk Cümhuriyyətini elan edib.
Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 40-cı ildönümünə həsr olunmuş təntəli gecə keçirildi. İlk giriş sözünü açaraq qonaqları salamlayan Şimali Kipr Türk Cumhuriyyətinin Bakı Təmsilçisi Ufuk Arca Turganen bildirdi ki, “Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 40-cı ilini Azərbaycanda qeyd etməkdən qürurluyuq. Azərbaycanla Şimali Kipr Türk Respublikası Respublikası arasındakı münasibətlərin inkişafı məmnunluq doğurur. Ölkələrimiz arasında əlaqələrin inkişafının yeni mərhələsi başlayıb. Hər zaman diqqət və qayğısını bizə göstərən Azərbaycan xalqına, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Cümhuriyyətimizin qurulması yolunda şəhid olan, bu yolda canından, qanından keçən qardaşlarımızı rəhmətlə anırıq. Şimali Kiprin yaranma tarixi və bu yolda çətinliklərdən, mübarizədən türk xalqı alnı açıq çıxdı”.
Şimali Kipr Türk Cumhuriyyətinin 40 illik yubleyinə həsr olunmuş möhtəşəm gecənin qonaqları Türkiyənin və Azərbaycanın ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycan Tibb Universitetinin bioloji kimya kafedrasının baş müəlliməsi, biologiya üzrə fəlsəfə elmləri doktoru Firəngiz Quliyeva, BDU müəllimi, Tarix elmləri üzrə Fəlsəfə Doktoru, Elmi Tibb Kitabxanası şöbə müdiri, bir sıra kitabların müəllifi İradə Əlili, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti, “Əsgərə xatirə” kitabının müəllifi, pedaqoq Nuranə Şıxəliyeva, bir sıra iş adamları, media nümayəndələri gecənin qonaqları sırasında idilər. Rəsmi hissə bitəndən sonra tədbir bədii hissə ilə davam etdi.
ATU-nun bioloji kimya kafedrasının baş müəlliməsi, biologiya üzrə fəlsəfə elmləri doktoru Firəngiz Quliyeva tədbir haqqında təsüratlarını “XeberTıme.az” Analitik İnformasiya Portalına bildirdi:
- Möhtəşəm gecəyə dəvət aldığımız üçün xanım Ufuk Turganə və tədbirin təşkilatçılarına öz dərin təşəkkürümü bildirirəm. Yüksək səviyyədə qeyd olunan Şimali Kipr Türk Cümhuriyyətinin bayramı bütün türk dünyasının bayramıdır, azadlığıdır, mübarizədir. Türk xalqının siyasi müstəqillik, siyasi varlıq uğrunda mübarizəsi, ümumiyyətlə, bəşər tarixinin ən şərəfli səhifələrindəndir. 15 noyabr Şimali Kipr Türk Cümhuriyyətinin qurulması günü Türkiyə, Şimali Kipr ilə yanaşı, qardaş Azərbaycan da böyük sevinc hissi ilə qeyd edir. Biz xalqı olaraq hər zaman bir-birimizin yanında olacayıq. Yaşasın bütün türk dünyası!
Yeganə Telmanqızı
XeberTıme.az