SON DƏQİQƏ

Azərbaycan Tibb Universitetində təhsil alan türkiyəli tələbələr Ufuk Arca Turganenlə görüşdülər

Tarix:16-12-2023, 02:29

Şimali Kipr Türk Cümhuriyyətinin 40-cı ildönümü tədbiridən 2 həftə sonra ATU-nun  bioloji kimya kafedrasının baş müəlliməsi, biologiya üzrə fəlsəfə elmləri doktoru  Firəngiz Quliyeva, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti, “Əsgərə xatirə” kitabının müəllifi, pedaqoq Nuranə Şıxəliyeva və  Tibb Universitetinin türk tələbələri Şimali Kipr türk Cumhuriyyətinin (ŞKTC) Bakı Təmsilçisi Ufuk Arca Turganenin dəvəti ilə onun qonağı oldular. Səmimi keçən görüşdə  Firəngiz xanım yazıcı, Tarix elmləri üzrə Fəlsəfə Doktoru, bir sıra kitabların müəllifi İradə Əlilinin türk dünyasının şəhidlərinə hazırladığı kitabdan geniş söhbət açdı.  “Məsləhətçisi olduğum bu kitabda mənim türkiyəli  tələbələrim  bizə böyük dəstək oldular. Onlar türkiyədən 3 türk dünyasının şəhidi haqqında xeyli məlumatlar toplayıb bizə gətirdilər. Ufuk xanım da bu addımı alqışladı. 

Firəngiz xanım xoş görüş haqqında öz fikirlərini “XeberTıme.az” Analitik İnformasiya Portalına danıdı:                                         

- Şimali Kipr Türk Cümhuriyyətinin 40 illiyi təntəli gecəsində Ufuk xanıma yaxınlaşaraq bir xahiş etdim görüşünüzə gəlmək istəyirəm İnşallah bir zaman ayıraq Tibb Universitetində dərs dediyim  bir sıra türk tələbələrimlə sizin müsafiriniz olaq və bu bayramı birgə kutlayaq. Bəli Ufuk Turganenin bu təklifi ürəkdən bəyəndi və bizə zaman ayıraraq görüşə dəvət etdi. Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 40-cı iliyi münasibəti ilə tələbələrim, Nuranə xanım  və mən Ufuk xanımı təbrik etdik və xoş arzularımızı bildirdik. Çox səmimi və isti münasibətlə keçən görüşdə Ufuk  Turganeni türk tələbələrin  təlim və tədrisi ilə bir-bir maraqlandı. Azərbaycan təhsilinin nə dərəcədə  yüksək olduğunu soruşdu, tələbələrdə burada olan təhsildən məmnun olduqlarını bildirdilər.  Görüşdə türk tələbələri  Lüzmə Sarıyıldız, Mustafa Eren Erdoğan  Firəngiz hocaya kömək etməklərindən türkiyədə yaşayan türk dünyasının şəhid ailələrini ziyarət edərək onlar haqqında toplanan məlumatlardan, onların bizə yardımından ətraflı danışdılar. Ufuk xanıma bu görüşdən çox məmnun oldu və bu görüş ona xoş təsürütlar bağışladı. 

Yeganə Telmanqızı 
 XeberTıme.az   


       
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ