SON DƏQİQƏ

"HƏKƏRİ" qəzetinin növbəti sayında oxuyacaqsınız...

Tarix:24-12-2023, 23:59

“Həkəri” qəzetinin növbəti sayı işıq üzü gördü.                                                                            
XeberTıme.az xəbər verir ki, “Həkəri” qəzetinin birinci səhifəsində Fuad Səfərovun “12 dekabr Heydər Əliyevin anım günüdür”,  “Həkəri” qəzetinin baş redaktoru, yazıçı-publisist Rauf İlyasoğlunun “Xətai-535”, “İgid sərkərdə Raqub Orucovun xatirəsinə həsr olunmuş Beynəlxalq Cüdo yarışı”, ”Vitse spikerin seçiciləri ilə növbəti görüşü”, Jurnalst Vüqar Şahinoğlunun “Zəfər Yolu kitabı türk dilində dərc edildi”, şair-publisist Kazım Səfəroğlunun “Azərbaycan alimin uğurları”, “Adil Əliyev gənclərə cağırış etdi” yazıları dərc olunub.                                    
Qəzetin növbəti səhifələrində Yeganə Telmanqızının “Namiq Quliyev qəhrəmanlığı ilə əbədiyyətə qovuşdu”, “Vüsal Muradovun anım günü keçirildi”, Zəkiyyə Musaqızının Birinci Qarabağ döyüşlərində şəhid Hüseynov Əlizamin Əli oğluna həsr etdiyi matreal, AJB-nin üzvü Ədalət Qafarovun “Sumqayıtlı şəhidimiz Allahverdiyev Asiman Niyaz oğlu”, Müşfiq Həsənlinin “Şəhid Sahib Hüccət oğlu Kələntərov”, Həbibə Həbibinin “Vətənin qeyrətli oğlu” yazıları qəhrəman şəhidlərə həsr olunmuş yazılardır. Yazıçı-publisist Rauf  Allahverdiyevin “Qələbəmizin il dönümü ilə bağlı musiqili əbədi-bədii gecə” Zəkiyyə Musaqızının ”Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək-əmanət layihəsinin üç yaşı tamam oldu”, Vüqar Həsənov və Teymur Müşkanlının xeyriyyəçi Əli Misirxan oğlu Atayevə həsr etdikləri “Bacarıqlı mütəxəsis, qayğıkeş rəhbər, azadlıq müstəqillik aşıqi”, “Amerikada Qubadlı sevgisi ilə...”, Sovet Azərbaycanı sosialist Əməyi Qəhrəmanı “Şəfaqət Məmməd oğlu Mehdiyev”,  Rauf İlyasoğlunun Azərbaycanın ilk professor alimi Əli Rəcəbliyə ithaf etdiyi “Ömrünü elmə həsr etmiş görkəmli alim” və 44 günlük Vətən müharibəsində tarix yazan oğullarımızdan biri Abdulla Cavadovun döyüş yolundan danışan “Xidməti borcunu şərəflə yerinə yetirən döyüşçü”, Ülkər Şıxməmmədovanın “Düşünən Beyinlər...” yazıları maraqlı yazılardandır. Elm xadimlərindən bəhs edən   Çingiz Salmanovun Əsgər Abdullayevdən söhbət açdığı “Nəcib insan, nəhəng elm fədaisi, nadir alim...” yazıları qəzetdə yerləşdirilmişdir. Rauf İlyasoğlunun tələbə yoldaşı Qoca Səmədovun əziz ruhuna yazdığı “Ruhun şad, məkanın cənnət olsun əziz dostumuz”, “Bakı İdman sarayında 1-ci Yerli İstehsalat və İstehsal Texnalogiyaları sərgisi keçirilmişdir”, “Bakı Beynəlxalq kitab sərgisində” yazıları qəzetdə öz yerin alıb. Müharibə əlili Vaqif Allahverdi AXP-nın 6-cı qurultayından məlunmat verdi. Gülmayə Feyruzqızının xeyriyyəçi Hacı İntiqam Atayevə həsr etdiyi “Ömür Səhifəsi” romanının bir hissə oxuculara çatdırıldı. Rauf İlyasoğlunun “Ağdamlı günlərimizə qayıdaq yazısı” xatirələrdən bəhs edir. AJB-nin üzvü Yeganə Telmanqızının Azərbaycan idmanı dünyada təmsil edərək Vətənə qalib dönən balaca çempion Leyla Mahmudlu haqqında yazdığı  “Leyla Mahmudlu yaşıdları arasında dünya çempionatının ikincisi oldu”  və İmran Güllübulaqlının “Onun böyük ürəyi!” hekayəsi maraqlı yazılar sırasındadır.  
AJB-nin və AYB-nin üzvü Rauf İlyasoğlu Gövhər Toğrul qızını 7 yaşı tamam olması münasibəti ilə təbrik etdi.                                                                              
Qızbəs Qəbələnin, Rauf İlyasoğlu, Ramiz Qusarçaylının, Tahir Görənlinin, İmran Gülbulaqlının, Ziyəddin Binəvanın, Oruc Dadaşlı Elmanın, Arzu İlyaq qızının, Ali Yağmurlunun, Kaızm Səfəroğlunun, Şəfəq Vilayətqızının, Rəfail Qurbanoğlunun, Ülkər Dəryanın, Ziba Sevindikin, Püstə Rəvanın, Şəfəq Şərqiyyə Lətiflinin, Şəmsulla Aqayinin, Musa Həşimovun, Tahirə Qarabağlının, Villəddin Beyləqanlının, Süleyman Rzazadənin, Rəhilə Novruzovanın, seirlərini qəzetin bu sayında oxuya bilərsiz.  
Xatirladaq ki, “Həkəri” qəzeti 20 ildir işıq üzü görür və respublikada ən cox oxunuan qəzetlər sırasındadır və 8 səhifədən ibarətdir. Qazetin baş redoktoru Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist  Rauf İlyasoğludur.                                                                                    
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik. 

Yeganə Telmanqızı 
 XeberTıme.az 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ