SON DƏQİQƏ

Bakı-Pirşağı-Sumqayıt qatarında hərəkət bərpa edilib - YENİLƏNİB

Tarix:26-12-2023, 07:46

Bakı-Pirşağı-Sumqayıt istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub. 
XeberTıme.az bildirir ki,  bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
 
Dəmir yolu xətti istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21:00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib.
Elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.
 
"Bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb. Hazırda sərnişinlərin əks istiqamətdə hərəkət edən qatara mindirilməsi və mənzilbaşına çatdırılması prosesi başlayıb. Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir", - deyə qeyd olunub.

XeberTıme.az     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ