SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı

Tarix:29-12-2023, 01:26

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
30.12.2023-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112, 76 və  79-cu maddələri Aliment tələbinin artırılması və azalması, Uşaqların sayına görə alimentin müəyyən olunması, Sabiq pul məbləğində aliment” mövzuları ilə bağlı fikir mübadiləsi aparılacaq. Eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:

1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 

 
2. Adıgözəlova Bəxtşən- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil   

 
 
3. Esmira Rzayeva- Hüquqşünas  
 


4. Jalə Ağakişiqızı-  Hüquq müdafiəçisi

Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ