SON DƏQİQƏ

QƏHRƏMANLARIMIZIN ÖVLADLARI ƏMANƏTİMİZDİR! adlı tədbir keçirilib- FOTOLAR

Tarix:31-12-2023, 03:33

 “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Blue Mall”-da “Qəhrəmanlarımızın övladları əmanətimizdir” adlı yeni il şənliyi keçirildi. 
Şənlik itkin düşmüş və şəhid olmuş qəhrəmanlarımızın övladları üçün nəzərdə tutulmuşdu.
 XeberTıme.az  Zefernews.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin aparıcısı  “Xəyal Media Qrup” YİB-nin rəhbəri Xəyal Qurbani tərəfindən  bayram tədbiri açıq elan ediləndən sonra ilk söz  “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin və  www.zefernews.az saytının rəhbəri Pərvanə Abdullayevaya verildi. Pərvanə xanım tədbir iştirakçılarını və dəvət edilmiş qonaqları salamlayaraq şəhid övladlarının valideynlərinə dəvəti qəbul edib iştirak etdiklərinə görə dərin təşəkkürünü bildirdi. Bu şənliyin onların övladları üçün təşkil edildiyini və uşaqların əylənə bilməsi üçün bütün şəraitin yaradıldığını vurğuladı.
Sonra ehtiyatda olan polkovnik Mehman Qədiməliyev, Milli Məclisin deputatı Vüqar İsgəndərov,QHT və media rəhbəri  Əkrəm Bəydəmirli, Birinci Qarabağ müharibəsi veteranı polkovnik Niyazi Xəlilov, şəhid və qazi ailələrinə təmənnasız xidmət edən ”999 Kvant Enerji Mərkəzi”nin bioenerji-şəfa uzmanı, şairə Xəyalə Dəniz, Qarabağ döyüşlərində itkin düşmüş Əlibala Abdullayevın bacısı Məsmə Bağırova, Quba 6 saylı məktəbin direktor müavini Cəmafər Əliyeva, şairə-publisist Tubu İman tədbirdə çıxış etdilər.
Onlar tariximizin şanlı səhifəsi olan “Dəmir Yumruq” əməliyyatının xalqımızın vahid məqsəd uğrunda sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanımızın siyasi, diplomatik və hərbi sahədə uzaqgörənliyi, Silahlı qüvvələrimizin Vətən sevgisi və peşəkarlığı, eyni zamanda dünya azərbaycanlılarının vahid amal uğrunda həmrəyliyi və birliyinin nəticəsində qalibiyyətlə başa çatdığını xüsusi olaraq vurğuladılar. Natiqlər qeyd etdilər ki, 44 günlük qəhrəmanlıq salnaməsində şəhidlik zirvəsinə ucalmış və qazi adını qazanmış əsgər və zabitlərimizin övladları bizə əmanət və qəhrəman oğullarımızın yadıgarıdır. Biz hər zaman onların yanıda olmalıyıq.
Bayram tədbirində  “Blue Mall”un təşkilatı dəstəyi xüsusi vurğulandı. Belə ki, tədbirin keçirildiyi məkan, uşaqların sevimli personajları ilə qarşılaşması, Şaxta baba və Qar qızla maraqlı görüşü, eləcə də nahar süfrəsi “Blue Mall Residence”in rəhbərliyi tərəfindən təşkil edilmişdi.
“Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin icraçı direktoru Jalə İbadova bu bayram tədbirinin yüksək səviyyədə keçirilməsində Jalə İbadovanın yorulmaz əməyini qeyd etməliyik. Birinci Qarabağ müharibəsi veteranı polkovnik Niyazi Xəlilov və Əsma Azizi 50 nəfər şəhid övladına yeni il hədiyyələrini təqdim etdilər.
Beynəlxalq müsabiqələr laureatı Mehdi Maisoğlu və aparıcı-müğənni Şirin Hüseynov öz mahnıları ilə çıxış etməklə tədbiri daha da rəngarəng etdilər.
Tədbir yeni, 2024-cü ildə Vətənimizə, xalqımıza xoş arzularla başa çatdı.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ