SON DƏQİQƏ

Bir qrup ziyalı bir neçə şəhid ailələrinin övladlarını təbrik etdi- FOTOLAR

Tarix:31-12-2023, 13:23

31 dekabr 2023-cü ildə bir qrup ziyalı (Şəhid Namiq Quliyevin atası Natiq Quliyev tanınmış, yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlili,  telejurnalist Yeganə Telmanqızı, gənc aktyor Ənvər Məmmədov (şaxta baba personajında),  jurnalist Vüqar Şahinoğlu)    bir neçə şəhid ailəsinin ( Qorçuyev Anar, Yusifov Mehman, Əliyev Aydın, Əliyev Qubad, Rzayev Adil)  övladlarını həmrəylik günü və yeni il bayramı münasibətilə ziyarət edərək sevindirib.   Sumqayıtda məskunlaşan şəhid ailələrinin azyaşlı övladlarına bayram hədiyyələri paylanılıb. Şəhidlərin ruhuna fatihələr oxunub, onların atalarının keçdiyi şərəfli döyüş yolundan danışılıb, xatirələri yad edilib. Şaxta babaya uşaqlar şerlər söyləyiblər, sevinclərini dilə gətirib, təşəkkür ediblər. Sonunda şəhid ailələri ilə xatirə fotoları çəkilib. 
Vüqar Şahinoğlu                      
XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ