Bu gün tanınmış hüquqşünas, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Əkbər Yusifoğlunun 52 yaşı tamam olur.
Milyonlarla tamaşaçı və oxucu sevgisi qazanan tanınmış hüquqşünas əsl qanun keşikçisi, hüquq müdafiəçisi Əkbər Yusifoğlu 01.01.1972-ci il tarixində anadan olmuşdur. Əkbər Yusifoğlu Dünya TV-də canlı yayımlanan “Qanun və İcra” proqramının sevimli aparıçısı, Azad Azərbaycan televiziyasında Zaur Baxşəliyevi təqdimatında yayımlanan “Bizimləsən” verlişinin vəkil ekspertidir.Əzizimiz Əkbər müəllim “XeberTıme.az” Analitik İnformasiya Portalının direktoru Yeganə Telmanqızı başda olmaqla bütün əməkdaşları adından, çalışdığınız Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə xanım Həsənovanın və büronun bütün vəkilləri adından, “Qanun və İcra” proqramının bütün ekspertləri adından sizə möhkəm can sağlığı, ailənizə xoşbəxtlik, iş fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
Bəli bu gün sizi milyonlarla tamaşaçı sevir, izləyir və hər zamanda sizə xalq sevgisini arzulayırıq. Əkbər müəllim ad gününüz mübarək! 90 -100 ilinizi vərəqlədikcə bizlərlə olasınız.
Həmişə üzünüzdə təbəssüm həyatınızdan sevinc, sevgi əksik olmasın. Hər zaman teleməkanlarından səsiniz gəlsin.
Yeganə Telmanqızı
XeberTıme.az