SON DƏQİQƏ

İsrail-Azərbaycan Şahdağ təşkilatı Bakı və Sumqayıt şəhərlərində Şəhidlər Xiyabanını ziyarət etdilər.

Tarix:21-01-2024, 01:50

Bu gün İsrail-Azərbaycan  Şahdağ təşkilatının Azərbaycan nümayəndəliyi Bakı və Sumqayıt şəhərlərində 20 yanvar Şəhidlərinin və Qarabağ müharibəsi şəhidlərinin məzarını ziyarət etdi.  Təşkilat üzvləri 44 günlük Vətən Müharibəsi şəhidi Namiq Quliyevin atası Natiq Quliyevlə görüşmüş, şəhidimizin məzarını ziyarət etdikdən sonra Sumqayıt Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət etmişlər. Ziyarət zamanı İsrail dövlətində terror nəticəsində Yəhudi xalqının şəhidləri yad edilib, onlarında ruhuna dualar oxunub. Əlavə olaraq bildirilir ki, təşkilat üzvləri Bakı şəhərində 20 yanvar Şəhidlər Xiyabanını ziyarət edərkən  Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun da məzarını ziyarət etmiş və bütün Azərbaycan-İsrail Şəhidlərinin ruhuna dualar oxunmuşdur.  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ