SON DƏQİQƏ

Bakı metrosunda ölüm

Tarix:24-01-2024, 23:07

Bakı metrosunda ölüm hadisəsi olub. 
Bu barədə  'Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşib. Maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.
Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. Ehtimallara görə 67 yaşında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.

Allah rəhmət eləsin.  
 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ