SON DƏQİQƏ

Yazıçı Qəni Camalzadə ilə görüş- FOTOLAR

Tarix:25-01-2024, 00:04

Bakı şəhər Mədəniyyət Baş İdarəsi  Xəzər şəhər  Mərkəzləşmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə  yazıçı-  publisist ,tarixi  romanların və çoxsaylı hekatəyələrin müəllifi ,Qarabağ müharibəsi iştirakçısı Hacı  Qəni Camalzadə ilə görüş keçirilmişdir.Tədbiri Xəzər rayon  MKS -nın  informasiya- resurs  şöbəsinin müdiri Nilufər Abdulova açaraq qonaqları salamladı və  Azərbaycanın Dövlır Himni  səsləndirildi. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yazıçının həyatına və yaradıcılığına həsr olunmuş videoçarx nümaiş etdirildi.
Tədbiri idarə etmək üçün  tanınmış şair  publisist , "Qızıl kəlmə "və Turksoyun Qaracaoğlan və Türksoy Ədəbi mükafatlarının laureatı Ağacəfər Həsənliyə söz verildi.
Ağacəfər müəllim Hacı Qəni Camalzadənin həyatı  və yaradıcılığı barədə geniş və əhatəli məlumat verərək demişdir: Azərbaycanın öncül yazıçıları ilə  yanaşı , bir sıra maraqlı əsərləriyilə oxucu rəğbəti qazanan Qarabağ müharibəsinin qazisi Qəni Camalzadə ilə oxucuların göruşu həmişə maraqlı və yaddaqalan olur . Özunə məxsus üslubu ,dəst-  xətti  olan yazıçı yeni əsərlər üzərində işləyir .17 kitab  müəllifi olan Qəni Camalzadənin seçilmiş əsərlərindən ibarət olan 3 cildi nəşr olunmuşdur,  daha 9 cildi çapa hazırlanır.
Yazıçının yaradıcılığına yaxından bələd olan Azərbaycanın əməkdar jurnalisti  " Lerik "rayon  qəzetinin baş redaktoru yazıçı İdris Şükürlü Qəni Camalzadənin şəxsi  mənəvi kefiyyətlərindən,
alicənablığından söhbət açdı və bildirdi ki,  Hacı Qəni Camalzadə  zəngin təfəkkürə,  intellektə və nadir istedada malik ziyalılarımızdandır. "Həkəri" qəzetinin baş redaktoru , şair- publisist Rauf İlyasoğlu Hacı Qəni Camalzadənin əsərlərinin xarici ölkələrdə çap olunmasından, eləcə də bu tədbirin kitabxanada keçirilməsindən  iftixarla danışdı və  "Asimana ucalmış şəhidlər"  kitabını kitabxanaya hədiyyə etdi. Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbnin ədəbiyat müəllimi Gülarə Muxtaraova vurğuladı ki,  orta məktəb dərsliklərinə Hacı Qəni Camalzadənin əsərləri daxil edilsəydi, biz müəllimlərin və  şagirdlərin  sevincinə səbəb olardı. İstedadlı şairlərdən  Şahin Həmidli ,  Adil Cəbrailov , gənc yazıçı Tural Əliyev vətənpərvər ruhlu çıxış etdilər.
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Jalə Əliyeva tədbir iştirakçılarına təşəkkürünü bildirdi və Hacı Qəni Camalzadəyə yeni- yeni yaradıcılıq uğurları arzuladı .
Kitabxananın şöbə müdiri ,Ədəbiyyat dərnəyinin rəhbəri Nilufər Abdulovanın    rəhbərliyi ilə şagirdlər yazıçının hekayələrindən ibarət səhnəciklər göstərdilər, müəllifin əsərləri barədə suallar verdilər.
Yazıçı Qəni Camalzadə  çıxış edərək yaradıcılıq pılanlarından danışdl , 149 saylı məktəbin  gənc oxucularının suallarını cavalandırdı .
Sonra xatirə şəkilləri çəkildi və   çay  süfrəsi ətrafında maraqlı söhbət davam etdirildi.

İdris Şükürlü
Rauf Allahverdiyev  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ