"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
03.02.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 37-ci maddələri “Əmlak mübahisəsi, Əmlakın tələb olunması” mövzuları ilə bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Leyla Bədəlova- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Günay Hüseynova - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Aysel Sadıqova – Hüquqşünas
4. Bəxtişan Adıgözəlova- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az, UluSəs.az, Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az