SON DƏQİQƏ

Əhalinin hər 5 nəfərindən biri gəncdir - STATİSTİKA

Tarix:2-02-2024, 11:06

Bu gün Azərbaycanda Gəncləri Günü qeyd olunur. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən bu gün Gənclər Günü elan edilib. 
"Gənclər siyasəti haqqında" qanuna əsasən, ölkəmizdə yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab edilir.
 
XeberTıme.az  Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görəə, Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir. 
 
Yəni, ölkə əhalisinin təxminən hər 5 nəfərindən biri gəncdir.
 
 
Gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.
 
Ötən il ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.
 
Qeyd edək ki, yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə "gənc ailə" hesab edilir.  


XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ