SON DƏQİQƏ

Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:4-02-2024, 02:30

"Qanun vcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş olunur.  
03.02.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Mülki Məcəlləsinin  225-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 37-ci maddələri “Əmlak mübahisəsi, Əmlakın tələb olunması” mövzuları  ilə bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişdik:                                                                                                                       
 
 1. Leyla Bədəlova- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            

 
 
2. Günay Hüseynova - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            
 

 

3. Aysel Sadıqova – Hüquqşünas  
 

 
 
4. Bəxtişan Adıgözəlova- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            
 
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az,  UluSəs.az,  Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.


Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik. 




Yeganə Telmanqızı 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ