SON DƏQİQƏ

Rəna Rufullayeva- Məntəqəmizdə seçici aktivliyi yüksəkdir- FOTOLAR

Tarix:7-02-2024, 13:59

Bu gün səhər saat 08:00-da Azərbaycan Respublikasının bütün ərazisində prezident seçkiləri başlayıb.                                        
”XeberTıme.az” Analitik İnformasiya Portalının  direktoru olaraq bu seçkinin hansı səviyyədə keçməsini əyani izlədim. Sumqayıt şəhəri Z.Hacıyev adına 17 saylı məktəbdə fəaliyyət göstərən 44 saylı Sumqayıt üçücü seçki dairəsinin 4 saylı   məntəqəsində oldum. Məntəqə yüksək səviyyədə seçici aktivliyi ilə fərqlənirdi.
4 saylı məntəqənin sədri Rəna Rufullayeva bildirdi ki, “Seçici aktifliyi yüksəkdir. Saat 07:30-dan secicilər gəlib məntəqənin qarşısında növbə gözləyir.” 
Statistik məlumata görə saat 11:00-ə qədər bu məntəqədə 1307 seçicidən 350 seçici səs vermişdir.   
18 yaşında ilk dəfə səs verən 13 nəfər seçici var. Seçkilərin müşahidəçiləri ilə söhbət zamanı hər biri seçkilərin müdaxiləsiz, tam obyektiv və şəffav şəkildə keçirildiyini bildirdi. 

Yeganə Telmanqızı 
XeberTıme.az


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ