SON DƏQİQƏ

Sumqayıt şəhəri 44 saylı üçüncü seçki dairəsinin 15 saylı məntəqəsində seçkilər tam şəfaf keçirilir- FOTOLAR

Tarix:7-02-2024, 14:14

Bu gün səhər saat 08:00-da Azərbaycan Respublikasının bütün ərazisində prezident seçkiləri başlayıb.                                        
”XeberTıme.az” Analitik İnformasiya Portalının  direktoru olaraq bu seçkinin hansı səviyyədə keçməsini əyani izlədim. Sumqayıt şəhəri 44 saylı Sumqayıt üçücü seçki dairəsinin 15 saylı məntəqəsində oldum. Məntəqə yüksək səviyyədə seçici aktivliyi ilə fərqlənirdi.
Məntəqənin sədri Elnurə Zeynalovanın verdiyi statistik məlumata görə saat 12:00-ə qədər bu məntəqədə 1237 seçicidən 500-dən çox  seçici səs vermişdir.    

18 yaşında ilk dəfə səs verən 19 nəfər seçici var. İlk dəfə səs verən seçicilər sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademyasının I kurs magistrant tələbəsi Nurlan Hüseynovda var idi.
Seçkilərin müşahidəçiləri ilə söhbət zamanı hər biri seçkilərin müdaxiləsiz, tam obyektiv və şəffav şəkildə keçirildiyini bildirdi.  

Yeganə Telmanqızı 
XeberTıme.az


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ