"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
17.02.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114, 116-cı maddələri “Valdeyin himayəsindən mərhum olunmuş uşaqların aşkar olunması və onların təlim-tərbiyyəsi” mövzu ilə bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Leyla Bədəlova - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Bəxtişan Adıgözəlova - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Nərgiz Babayeva- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
4. Günay Hüseynova- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az, UluSəs.az, Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az