SON DƏQİQƏ

PROFESSOR ASİF RÜSTƏMLİNİN DOĞUM GÜNÜDÜR

Tarix:16-02-2024, 23:12

PROFESSOR ASİF RÜSTƏMLİNİN DOĞUM GÜNÜDÜRBu gün xalqımızın dəyərlisi, əmim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin yubiley doğum günüdür. Asif Rüstəmli 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dünyaya göz açmışdır. "Çırpınırdı Qara dəniz", "Tufanlardan keçən ömür", "Susmaz duyğuların səltənətində", "Ədəbi istiqlalımız", "Cəfər Cabbarlı:: həyatı və mühiti", "Mütərcim Cəfər Cabbarlı" və s. kitabların müəllifidir. 
Asif Rüstəmli  böyük alim, Cabbarlışünas, mühitinə dəyər verən, müdrik bir insandır. Onun Cəfər Cabbarlı irsinin tanınmasında, Cabbarlının arxivdə qalmış əsərlərinin tapılmasında əməyi çox böyükdür.Asif Rüstəmlinin diqqəti sayəsində mən bir çox  mötəbər tədbirlərdə iştirak etmişəm. Tanınmış, dəyərli, özü kimi müdrik şəxsiyyətlərlə görüşmək imkanı  qazanmışam. Hələ çox kiçik yaşlarımdan (4-5 yaş) onun  müəllifi olduğu kitablar əlimdən düşmürdü.Demək olar ki, həmin kitabların əhatəsində böyümüşəm.
Asif Rüstəmli Cəfər Cabbarlının natamam pyeslərini, yazılarını ortaya çıxarmışdır. Hətta O, Cabbarlının “Kazım bəy” romanını  və neçə-neçə yazılarını tədqiqat  yolu ilə aşkar etmişdir. Hesab edirəm ki, bu  araşdırma sahəsində qırılması çətin olan bir rekorddur.
Asif Rüstəmli  uşaq yaşlarımdan şeir, sənət aləmində çırpınanda mənə dəstək olan, şeirlərimi və yazılarımı oxuyan, məni həm də sosial şəbəkələrdən izləyərək məsuliyyətimi artıran, hər sözü, hər  söhbəti mənə  bir akademik  dərs olan,mühitə dəyər verən müdrik bir alimdir.Onu da qeyd edim ki, əmim mənim məqalələrimi sosial şəbəkələrdən və ya “Kredo” qəzetindən oxuyaraq  öz münasibətini bildirəndə mən çox sevinirəm.Həmin gün uçmağa qanadım olmur.Xüsusən də “İtirilmiş cövhər-Maqsud Məmmədov”,  “Qələbənin simvolu, Zəfər tağı” , Şəhid Sahil Məmmədova həsr etdiyim  “ Savaşlardan alnı açıq, üzü ağ çıxan qəhrəman”, “Böyük ocaq, böyük insan, böyük sevinc”, “Ana Vətənimdə unudulmaz bir gün” və s. məqalələrimi deyə bilərəm.Həmin məqalələrimi publisistik məqalələrimin ən uğurlusu və ya tacı hesab edirəm.
Nəslimizin əzizi, fəxr və qürur yerimiz, xalqımızın dəyərlisi Asif  Rüstəmlini yubileyi  münasibətilə ürəkdən təbrik edirəm! Can sağlığı, uzun ömür və xoşbəxtliklə  100 yaş yaşamasını uca Allahdan arzu edirəm! Mənə və gənclərə  yüksək dəyər verdiyinə, elm və pedaqoji sahədə danılmaz xidmətlərinə və əməyinə görə  əmimə sonsuz minnətdarlığımı bildirirəm!


XALQIMIZIN DƏYƏRLİSİ, SİZİNLƏ FƏXR EDİRƏM! YUBİLEYİNİZ DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN! ALLAH SİZİ  VƏ ƏZİZLƏRİNİZİ QORUSUN! AMİN! 
                    
Sevindik Nəsiboğlu 




                   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ