SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı

Tarix:23-02-2024, 22:22

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
24.02.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi Böhtan” 148-ci maddəsi “Təhqir”, 148-1 maddəsi ”Saxta profildən istifadə edərək təhqir və böhtan” mövzuları ilə bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:                                                                                                                       
1. Mirzə Xankişiyev- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            

 

2. Püruzə Əliyeva - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            
 


3. Günay Hüseynova - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            
 


4. Jalə Ağakişiqızı- Hüquq müdafiəçisi 
 
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az,  UluSəs.az,  Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
XeberTıme.az  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ