"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
02.03.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi “Qəsdən adam öldürmə” mövzusu ilə bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Mirzə Xankişiyev- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Abusəməd Səmədov- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Cəlil Mahmudov - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
4. İlkin Xəlilov- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil.
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az, UluSəs.az, Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az