SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi

Tarix:15-03-2024, 23:41

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.   
16.03.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126, 127, 128-ci maddələri ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik: 
  
1. Abusəməd Səmədov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

 
2. Esmira Rzayeva- Hüquqşünas, Mediator.
 


3. Günel Həsənova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 
 
4.Gülnar İbrahimqızı- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 
Verlişin informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
Yeganə Telmanqızı 
 XeberTıme.az
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ