SON DƏQİQƏ

Şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib- FOTOLAR

Tarix:23-03-2024, 01:00

 21 mart 2024-cü il tarixində  Abu Arena Sarayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün Novruz şənliyi təşkil edilib. 
Tədbirdə 60-dan çox uşaq və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi, A.Abdullayev adına Mədəniyyət Mərkəzi, M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi və Şağan qəsəbə Mədəniyyət Mərkəzinin kollektivləri iştirak ediblər. 

Şənlikdə uşaqlar Keçəl, Kosa və Bahar qızı ilə birlikdə şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar ifa ediblər. Müxtəlif nağıl qəhrəmanları ilə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdiblər. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edildi və şənlik qəhrəmanları ilə birgə xatirə şəkilləri çəkdirilib.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ